Türkiyə və Almaniya XİN başçıları Qəzzadakı vəziyyəti müzakirə ediblər

Türkiyə və Almaniya XİN başçıları Qəzzadakı vəziyyəti müzakirə ediblər

Türkiyə və Almaniyanın xarici işlər nazirləri Hakan Fidanla Annalena Berbok Qəzzadakı vəziyyəti müzakirə ediblər.

"Birxeber.Az" TRT-yə istinadən xəbər verir ki, görüşdə H.Fidan həmkarına bildirib ki, Qəzzada davam edən qırğınların dərhal dayandırılması üçün tədbirlər görülməlidir.

Görüş zamanı hər iki tərəf Qəzzaya humanitar yardımın çatdırılması üçün daha çox səy göstərilməsi ilə bağlı razılığa gəlib.

NATO çərçivəsində əlaqələrin də müzakirə olunduğu görüşdə Fidan Almaniya ilə enerji sahəsində əməkdaşlığa önəm verildiyini vurğulayıb.

Ötən il Türkiyə ilə Almaniya arasında ikitərəfli ticarət həcmi təxminən 50 milyard dollar olub, tərəflər bu rəqəmi 60 milyard dollara çatdırmağı hədəfləyir.