Qazaxdakı yol qəzasında xəsarət alan piyadaların kimliyi bilinib - YENİLƏNİB

Qazaxdakı yol qəzasında xəsarət alan piyadaların kimliyi bilinib - YENİLƏNİB

Qazaxda baş verən yol qəzasında xəsarət alan piyadaların kimliyi məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Birxeber.Az-ya bildirib ki Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Zaur Orucov idarə etdiyi "VAZ 2107" ilə hərəkətdə olan zaman iki piyadanı vurub.

Xəsarət alan piyadalar 1975-ci il təvəllüdlü Elmira Şıxlinski və 2007-ci il təvəllüdlü Rəqsanə Məmmədovadır.

***

Saat 21:00

Qazaxda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatlna görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki piydanı vurub.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.