Azərbaycan sumoçuları Açıq Avropa kubokunda 3 medal qazanıblar

Azərbaycan sumoçuları Açıq Avropa kubokunda 3 medal qazanıblar

Azərbaycan sumoçuları Estoniyanın Vinni şəhərində keçirilən Açıq Avropa kubokunda 3 medal qazanıblar.

“Birxeber.Az”un məlumatına görə, onlardan 1-i qızıl, 2-si gümüş mükafata yiyələnib.

Xəyyam Abdullayev (77 kq) bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Rəsul Məmmədzadə (77 kq) və Sadiq Ağamaliyev (115 kq) isə fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Azərbaycan millisi ümumi komanda hesabında 3-cü olub.