"Bakı Telefon Rabitəsi" ötən ili mənfəətlə başa vurub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom") 2021-ci ili 12,594 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 13,712 milyon manat zərərlə çıxmışdı.
"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən il "Baktelecom"un vergiyəqədərki mənfəəti 4,941 milyon manat (əvvəlki ilə nisbətən 2,05 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 7,653 milyon manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Ötən il şirkətə dövlət büdcəsindən 5,638 milyon manat vəsait ayrılıb və həmin pul Ələt Azad İqtisadi Zonasında GPON texnologiyası tətbiqinə xərclənib.