Prezident Ofisinin rəhbəri: Ukraynanın NATO-ya, NATO-nun da Ukraynaya ehtiyacı var

Prezident Ofisinin rəhbəri: Ukraynanın NATO-ya, NATO-nun da Ukraynaya ehtiyacı var

Biz torpaqlarımızı tam azad etməyənə qədər dayanmayacağıq.

Birxeber.Az-nın Münxenə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən paneldə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak deyib:

"Ukrayna xalqı göstərib ki, biz qalib gələ bilərik. Bunun üçün sadəcə bizə ehtiyacımız olduğu silahları, havadan müdafiə sistemlərini verin".

A. Yermak deyib ki, Ukrayna yalnız özünü deyil, Avropanı da müdafiə edir: "Ukraynaya qarşı müharibə Putinin strategiyasının sadəcə bir hissəsidir və onun yeni hədəfləri olacaq. Müharibə davam edir, insanlarımız ölür cəbhədə, vəziyyət çox çətindir, milyonlarla insan gecə narahat yatır, xalqımız yorulub, amma bu bizim torpağımızdır və onu azad etməyənə qədər dayanmayacağıq".

Prezident Ofisinin rəhbəri NATO-ya üzvlüklə bağlı deyib ki, Ukraynanın NATO-ya, NATO-nun da Ukraynaya ehtiyacı var.

Andriy Yermak ABŞ hərbi yardım paketi barədə də fikirlərini bölüşüb.

“Bu dəstək olmasa, bizim B planımız yoxdur. Bizim bir planımız var, ölkəmizi azad edənə və insanlarımızı geri qaytarana qədər davam edəcəyik. Biz Konqresdən dəstəyi hiss edirik və inanırıq ki, bu yardım paketi təsdiq olunacaq. Təəssüf ki, bu məsələdə zaman çox vacib rol oynayır. Hərbi yardım nə qədər tez təsdiqlənsə, bu daha çox insanımızın həyatını xilas edəcək. Unutmayın ki, biz kimlə savaşırıq. Bu müharibənin mümkün qədər tez Ukraynanın qələbəsi ilə bitməsi vacibdir. Ədalətli sülh Ukraynanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin bərpası üçün vacibdir", - deyə qeyd edib.