Nyu-York meri koronavirusa yoluxub
ABŞ-da Nyu-York meri Erik Adamsın koronavirus üçün verdiyi testin nəticəsi müsbət çıxıb.
“Birxeber” xəbər verir ki, bu barədə merin mətbuat katibi Fabien Levin bəyan edib.
Onun sözlərinə görə, hazırda merdə başqa simptomlar yoxdur, o, artıq təcrid olunub və bir həftə ərzində iştirak etməli olduğu ictimai tədbirləri ləğv edib.
O əlavə edib ki, Adams virus əleyhinə dərmanlar qəbul edir və uzaqdan işləməyə davam edəcək.