Almaniyanın müdafiə naziri: Ukraynaya dəstəyimiz möhkəm və davamlıdır

Almaniyanın müdafiə naziri: Ukraynaya dəstəyimiz möhkəm və davamlıdır

Bizim Ukraynaya dəstəyimiz möhkəm və davamlıdır.

APA-nın Münxenə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistoris Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Nazir Ukraynaya hərbi yardımın sürətləndirləməsini də vurğulayıb: "O da aydındır ki, biz avropalılar daha çox iş görməliyik və bunu edə bilərik. Eyni zamanda, biz bunu daha tez etməliyik".