Zelenski Ukrayna şəhəri ilə bağlı layihələrin həyata keçirilməsinə görə Azərbaycana təşəkkür edib

Zelenski Ukrayna şəhəri ilə bağlı layihələrin həyata keçirilməsinə görə Azərbaycana təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski İrpinin bərpası layihələrinin həyata keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

“Report” xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkədə yazıb.

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə potensial ortaq iqtisadi layihələr, eləcə də ticarət, iqtisadiyyat, enerji, humanitar yardım və digər sahələrdə ikitərəfli əməkdaşlıq müzakirə edilib. İrpinin bərpası ilə bağlı layihələrin həyata keçirilməsinə görə Prezident Əliyevə minnətdaram”, - o qeyd edib.

Ukrayna Prezidenti ölkələr arasında əlaqələrin yalnız möhkəmlənəcəyinə əminliyini ifadə edib.