Azərbaycan voleybol çempionatı: “Kəpəz” UNEC-i asanlıqla məğlub edib

Azərbaycan voleybol çempionatı: “Kəpəz” UNEC-i asanlıqla məğlub edib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında XIII tura yekun vurulub.

“Birxeber.Az”un məlumatına görə, son oyunda UNEC öz meydançasında “Gəncə”ni qəbul edib.

Görüşün əvvəlindən üstün təsir bağışlayan “Kəpəz” 3:0 (25:10, 25:13, 25:8) hesablı asan qələbə qazanıb.

Hazırda “Azərreyl” 33 xalla turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal” 29 xalla 2-ci, “Abşeron” 27 xalla 3-cü, “Gəncə” 18 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.