AAYDA: “Zəfər yolu qardan təmizlənir”

AAYDA: “Zəfər yolu qardan təmizlənir”

Zəfər yolu qardan təmizlənir.

Bu barədə “Birxeber.Az”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilir, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Agentlik sürücülərə yollarda diqqətli olmalarını və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələrini tövsiyə edir.