Azərbaycan süd və qaymaq idxalını 16 % artırıb

Azərbaycan süd və qaymaq idxalını 16 % artırıb

Bu ilin yanvar ayında Azərbaycan 1 074 ton süd və qaymaq idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 1 milyon 650 min manat olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 149 ton (16,1 %) çoxdur, dəyər baxımından isə 576 min ABŞ dolları (25,8 %) azdır.

Ötən ay süd və qaymaq idxalına çəkilən xərclər Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.