MN: Hərbi vəzifəlilərin praktiki vərdişləri təkmilləşdirilir

MN: Hərbi vəzifəlilərin praktiki vərdişləri təkmilləşdirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə "N" hərbi hissəsində keçirilən təlim toplanışı davam edir.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Təlim toplanışı çərçivəsində hərbi vəzifəlilərə atıcı silahların, qumbaratanların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir.

Bundan başqa, təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları uğurla yerinə yetirilir.

Ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlimin əsas məqsədi onların döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdişlərinin təkmilləşdirilməsidir.