“İnter” klubu tarixinin ən uğurlu ikinci göstəricisinə imza atıb

“İnter” klubu tarixinin ən uğurlu ikinci göstəricisinə imza atıb

İtaliyanın “İnter” klubu tarixinin ən uğurlu ikinci göstəricisinə imza atıb.

“Birxeber.Az” xəbər verir ki, “neradzurra” A Seriyasının XXV turunda “Salernitana”nı 4:0 hesabı ilə məğlub edərək buna nail olub.

Milanlılar ölkə çempionatının ilk 24 oyununda 20 qələbə qazanıblar. Bu baxımdan rekord 2006/2007 mövsümündəki 21 qalibiyyətdir. Simone İnzaqinin kollektivi cari mövsüm digər 4 görüşün 3-də heç-heçə edib, yalnız 1 dəfə məğlub olub.

Qeyd edək ki, hazırda turnir cədvəlinə başçılıq edən “İnter” (63 xal) ən yaxın izləyicisi “Yuventus”u 10 xal qabaqlayır.