SOCAR və BƏƏ şirkəti əməkdaşlıq perspektivlərini müzakirə edib

SOCAR və BƏƏ şirkəti əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "AD Ports Group" şirkəti arasında keçirilən görüşdə neft və neft-kimya məhsullarının logistikası üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.