Gəncədə ev yanıb - YENİLƏNİB

Gəncədə ev yanıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, M.S.Ordubadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Birxeber.Az-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının vətəndaşa məxsus birmərtəbəli fərdi yaşayış evində baş verdiyi və bitişik evə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb və bitişik evə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları 62 kv.m və dam örtüyü 110 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

***

12.01

Gəncədə yanğın hadisəsi baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ordubadi küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədə yerləşən həyat evlərinin birində anidən yanğın olub. Hadisə yerinə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.