Münxendə Azərbaycan, Almaniya və Ermənistan liderlərinin birgə görüşü keçirilir

Münxendə Azərbaycan, Almaniya və Ermənistan liderlərinin birgə görüşü keçirilir

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü başlayıb.

Birxeber.Az-nın Münxenə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş Almaniya Kanslerinin təşəbbüsü ilə baş tutur və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilir.