ABŞ-də evdə partlayış baş verib, 1 nəfər ölüb, 11 nəfər yaralanıb

ABŞ-də evdə partlayış baş verib, 1 nəfər ölüb, 11 nəfər yaralanıb

ABŞ-də evdə partlayış baş verib, 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

APA xəbər verir ki, bunu ştatın Loudoun dairəsinin yanğın-xilasetmə xidmət rəisinin köməkçisi Ceyms Uilyams mətbuat konfransında bildirib.

Məlumata əsasən, ölkənin Virciniya ştatının Sterlinq yaşayış məntəqəsində yanğın baş verib, hadisə yerinə gələn yanğınsöndürənlərdən 1 nəfər evdə baş verən partlayış nəticəsində ölüb.

Hadisə zamanı 11 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib və onların vəziyyəti haqda hələlik məlumat yoxdur.

Yanğının başvermə səbəbləri araşdırılır.