Paşinyan və Blinken Münhendə görüşüb

Paşinyan və Blinken Münhendə görüşüb

ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.

Birxeber.Az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüşdə tərəflər arasında Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib.