Somalidə bir həftə ərzində 470-dən çox vəba hadisəsi qeydə alınıb

Somalidə bir həftə ərzində 470-dən çox vəba hadisəsi qeydə alınıb

Bir həftə ərzində Somalidə vəba və ishal xəstəliklərinə tutulma ilə bağlı 470-dən çox hadisə qeydə alınıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin son hesabatında deyilir.

Qeyd olunub ki, xəstəliyə tutulan yeddi nəfər həyatını itirib. Vurğulanıb ki, xəstəliklərə yoluxma 2023-cü ildə başlayan epidemiyanın davamıdır.

Ötən il Somalidə 18 mindən çox insan xəstəliyə yoluxmuşdu. Onların əksəriyyəti beş yaşdan kiçik uşaqlar idi. Yeni epidemiya hallarının əksəriyyəti son vaxtlar güclü yağışlar səbəbindən daşqınların olduğu Hirşabelle ştatında qeydə alınıb.