Əfsanəvi qolfçu xəstələndiyi üçün turniri tərk edib

Əfsanəvi qolfçu xəstələndiyi üçün turniri tərk edib

Əfsanəvi qolfçu Tayqer Vuds səhhəti ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatında keçirilən “Genesis Invitational” turnirini tərk edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə onun meneceri Rob Maknamar məlumat yayıb.

O bildirib ki, Kaliforniyada hava soyuq keçdiyindən, 48 yaşlı qolfçu xəstələnib. Bu səbəbdən Vuds ikinci turda yarışda çıxışı başa vurmaq qərarına gəlib.

Qeyd edək ki, iki turdan sonra turnirə amerikalı Patrik Kentley başçılıq edir.