Xankəndidə ötən gün xeyli sayda odlu silah və partlayıcı vasitələr aşkarlanıb

Xankəndidə ötən gün xeyli sayda odlu silah və partlayıcı vasitələr aşkarlanıb

Xankəndidə xeyli sayda odlu silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Birxeber.Az-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 16-da Xankəndi şəhəri ərazisində 2 ədəd avtomat silahı, 4 tüfəng, 1 tapança, 1 qumbaraatan, 9 ədəd qumbara, 19 qumbara alışdırıcısı, 11 ədəd patron darağı, 846 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.