Azərbaycan və ABŞ rəsmiləri COP29-la bağlı müzakirələr aparıb

Azərbaycan və ABŞ rəsmiləri COP29-la bağlı müzakirələr aparıb

ABŞ BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Bakının iqlim prioritetlərini dəstəkləyir.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşün məqsədi COP29 çərçivəsində Bakının iqlim prioritetlərinə dəstək, metan emissiyalarının azaldılması, o cümlədən Xəzər regionunda enerji marşrutlarının və təchizatının şaxələndirilməsi məsələlərini müzakirə etmək idi”, - o qeyd edib.

Xatırladaq ki, bu il Azərbaycanda COP-29 keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.