Avropa çempionatı: bu gün 5 güləşçi mübarizəyə qoşulacaq, 3-ü medal görüşünə çıxacaq

Avropa çempionatı: bu gün 5 güləşçi mübarizəyə qoşulacaq, 3-ü medal görüşünə çıxacaq

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

“Birxeber.Az”un məlumatına görə, bu gün daha 5 sərbəst güləşçi mübarizəyə qoşulacaq, 3-ü isə medal görüşünə çıxacaq.

Nürəddin Novruzov və Arseni Cioyev təsnifatdan, Turan Bayramov, Osman Nurmaqomedov və Georgi Meşvildişvili 1/8 finaldan yarışa başlayacaqlar.

Ötən gün finala yüksələn Maqomedxan Maqomedov (97 kq) da qitə çempionu olmağa çalışacaq. Onun finaldakı rəqibi Givi Matçaraşvili (Gürcüstan) olacaq. İslam Bazarqanov (57) və Əli Rəhimzadə (65 kq) isə bürünc medal uğrunda görüşə çıxacaqlar.

Güləşçilərin ilk rəqibləri:

Nürəddin Novruzov (61 kq) – Vladimir Yeqorov (Şimali Makedoniya): təsnifat

Turan Bayramov (74 kq) – Zəlimxan Hacıyev (Fransa): 1/8 final

Arseni Cioyev (86 kq) – Mettyu Finesilver (İsrail): təsnifat

Osman Nurmaqomedov (92 kq) – Maqomed Kurbanov (AİN): 1/8 final

Georgi Meşvildişvili (125 kq) – Lyova Gevorqyan (Ermənistan): 1/8 final

Medal görüşləri:

Maqomedxan Maqomedov (97 kq) - Givi Matçaraşvili (Gürcüstan): final

İslam Bazarqanov (57) - Kamil Kərimov (Ukrayna): 3-cü yer uğrunda

Rəhimzadə (65 kq) – təsəlliveridi görüşün qalibi: 3-cü yer uğrunda

Qeyd edək ki, daha əvvəl Azərbaycan millisi Avropa çempionatında ümumilikdə 9 medal qazanıb. Yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub. Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar, Elis Manolova (65 kq) bürünc mükafata yiyələnib.