Kolin Allan: “Cəbrayılda günəş stansiyası BP-nin aşağı karbonlu enerji strategiyasına uyğundur”

Kolin Allan: “Cəbrayılda günəş stansiyası BP-nin aşağı karbonlu enerji strategiyasına uyğundur”

“Böyük Britaniyanın BP şirkəti tərəfindən işğaldan azad edilmiş ərazilərdə - Cəbrayılda inşa ediləcək günəş elektrik stansiyasının tikintisi şirkətin Abşerondakı müəssisələrini elektrik enerjisi ilə təmin edəcək”.

“Report” xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda maliyyə məsələləri üzrə vitse-prezident Kolin Allan BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl transformasiya” adlı konfransda deyib.

Onun sözlərinə görə, bu, “yaşıl keçid”ə ciddi töhfə verəcək: “Beləliklə, bunun sayəsində şirkətin qurğularında tullantıların səviyyəsini 11 % azaltmaq mümkün olacaq”.

K.Allan əlavə edib ki, aşağı karbonlu enerjiyə və müvafiq olaraq neft və təbii qaz hasilatının azaldılmasını nəzərdə tutan dayanıqlı karbohidrogenlərə keçid BP-nin strateji məqsədlərindən biridir: “Bizim Azərbaycanda neft və təbii qaz hasilatı ilə bağlı iki böyük dəniz layihəmiz var. Burada ən vacib məsələ onları necə “yaşıl” etməkdir”.

Vitse-prezident bildirib ki, digər mühüm məsələ “yaşıl gələcəyə” və alternativ enerjiyə investisiyaların cəlb edilməsidir.

O vurğulayıb ki, neft və təbii qaz prioritetləri dəyişir və Azərbaycanın bunlara əməl etmək üçün bütün imkanları var.

Energetika Energetika
Azərbaycan nefti 1 %-dək bahalaşıb

Azərbaycan nefti 1 %-dək bahalaşıb

Energetika Energetika
“Azəriqaz”: “Bu il 300 minədək qaz sayğacının dəyişdirilməsi nəzərdə tutulub”

“Azəriqaz”: “Bu il 300 minədək qaz sayğacının dəyişdirilməsi nəzərdə tutulub”

Energetika Energetika
Gürcüstan və Türkiyə arasında elektrik ötürücü xəttinin tikintisinə başlanılacaq

Gürcüstan və Türkiyə arasında elektrik ötürücü xəttinin tikintisinə başlanılacaq

Energetika Energetika
“ACWA Power” Naxçıvanda “yaşıl enerji” layihələrində iştiraka dəvət edilib

“ACWA Power” Naxçıvanda “yaşıl enerji” layihələrində iştiraka dəvət edilib

Energetika Energetika
Ekspert: “Dünyada neft və qaz nəqli xəritələri yenidən düzənlənir”

Ekspert: “Dünyada neft və qaz nəqli xəritələri yenidən düzənlənir”

Energetika Energetika
Pərviz Şahbazov: “Yanvarda Azərbaycan qaz ixracını 12 % artırıb”

Pərviz Şahbazov: “Yanvarda Azərbaycan qaz ixracını 12 % artırıb”

Energetika Energetika
Türkiyə Azərbaycanın qaz habı layihəsində iştirakına ümid edir

Türkiyə Azərbaycanın qaz habı layihəsində iştirakına ümid edir

Energetika Energetika
Ekspert: “Yaşıl dəhliz” layihəsi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir”

Ekspert: “Yaşıl dəhliz” layihəsi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir”

Energetika Energetika
Neftin qiyməti 85 dolları keçib

Neftin qiyməti 85 dolları keçib

Energetika Energetika
Pərviz Şahbazov: "İlin sonunadək Azərbaycan Macarıstana qaz tədarük edə bilər"

Pərviz Şahbazov: "İlin sonunadək Azərbaycan Macarıstana qaz tədarük edə bilər"

Energetika Energetika
Qarabağda “Yaşıl enerji” zonasının yaradılmasına QDF də cəlb ediləcək

Qarabağda “Yaşıl enerji” zonasının yaradılmasına QDF də cəlb ediləcək

Energetika Energetika
“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Salyanda keçiriləcək

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Salyanda keçiriləcək