Göyçayda toya dəvət alan qonaqlardan ikisi ölüb

Göyçayda toya dəvət alan qonaqlardan ikisi ölüb

Göyçay rayonunda toya dəvət alan qonaqlardan ikisi ölüb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb

İlkin məlumata görə rayonun Şahsoltanlı kənd sakini şənliyin keçirildiyi mərasim zalına çatan zaman özünü pis hiss edib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan Tünzalə Məhiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Ailə üzvlərinin sözlərinə görə, yaşlı qadın bir neçə ildir ürək xəstəliyindən müalicə alırmış.

Hadisədən bir neçə saat sonra eyni toya dəvət alan 37 yaşlı Vilayət Məmmədov mərasimdən çıxaraq evinə gedib, özünü pis hiss etdiyi üçün xəstəxanaya çatdırılıb.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq o xəstəxanada vəfat edib. İlkin ehtimala görə gənc ürəktutmasından dünyasını dəyişib.