KİV: İranda qaz kəmərlərinə hücumu İsrail həyata keçirmiş ola bilər

KİV: İranda qaz kəmərlərinə hücumu İsrail həyata keçirmiş ola bilər

İsrail fevralın 14-də İranda iki qaz kəməri xəttinə gizli hücumlar həyata keçirmiş ola bilər.

Birxeber.Az-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə cümə günü “The New York Times” iki Qərb rəsmisinə və İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı zabitlərə istinadən məlumat yayıb.

Nəşr hesab edir ki, İsrailin belə bir addım atması onun İranla münasibətlərində gərginliyin artmasından və kölgə müharibəsi taktikasından uzaqlaşdığını göstərir.