Bakıda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

Bakıda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

Bakının Səbail rayonunda Neftçilər prospektində yol qəzası baş verib.

Birxeber.Az xəbər verir ki, qəza Neftçilər prospektində qeydə alınıb.

“Changan” markalı maşının sürücüsü İstiqlaliyyət küçəsi ilə hərkətdə olan zaman Azneft dairəsinə bir başa daxil olub. Bu zaman dairədə hərəkətdə olan BMW markalı maşına çırpılıb. “Changan” deformasiyaya uğrayıb, maşında olan sərnişin və sürücü xəsarət alıb. Hadisə yerinə gələn Təcili yardım briqadası xəsarət alan şəxslərə ilkin yardım göstərib.

Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürücülərin izahatını alıb. Avtomobillər cərimə meydançasına yerləşdirilib.