Oğuzun Yemişənli kəndinin yolu yararsız vəziyyətə düşüb

Oğuzun Yemişənli kəndinin yolu yararsız vəziyyətə düşüb

Oğuz rayonunun Yemişənli kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.

Bu barədə "Report"un Şimal-Qərb bürosuna kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, 700 nəfər sakini olan kəndin yolunun uzunluğu cəmi 2 kilometr olsa da, heç vaxt təmir olunmayıb. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun sağ qolu olan bu yolda çoxlu çalalar əmələ gəlib və yağış yağdıqdan sonra onlar su ilə dolur. Son nəticədə nəqliyyat vasitələrinin hərəkəti çətinləşir.

"Yolun vəziyyətinə görə başqalarının da, mənim də avtomobilim tez-tez sıradan çıxır. Gediş-gəliş çox çətindir. Mən özüm taksi sürücüsüyəm. Gedirəm-gəlirəm, maşınım xarab olur. Yağışı var, qarı var, seli var. Yol düzəlsə yaxşı olar", - deyə kənd sakini Veysəl Qasımov bildirib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "Report"un yerli bürosuna bildirib ki, həmin yolun vəziyyəti ilə bağlı məlumatlıdırlar: "Bu yol təmirə ehtiyacı olan yolların siyahısına daxil edilib. Maliyyə vəsaiti ayrılan kimi agentliyimiz təmiri işləri həyata keçirəcək".

İnfrastruktur İnfrastruktur
Bakı hava limanında yanğın-xilasetmə təlimləri keçirilir

Bakı hava limanında yanğın-xilasetmə təlimləri keçirilir

İnfrastruktur İnfrastruktur
"Silk Way West Airlines" Hyustona müntəzəm reyslər elan edir

"Silk Way West Airlines" Hyustona müntəzəm reyslər elan edir

İnfrastruktur İnfrastruktur
Bakıda müntəzəm avtobus marşrutlarına 2 mindən artıq avtobus əlavə olunub

Bakıda müntəzəm avtobus marşrutlarına 2 mindən artıq avtobus əlavə olunub

İnfrastruktur İnfrastruktur
Biləsuvarda mərkəzi prospektin işıqlandırılması problemi həllini tapmır

Biləsuvarda mərkəzi prospektin işıqlandırılması problemi həllini tapmır

İnfrastruktur İnfrastruktur
Azərbaycanda növbəti güzəştli mənzillərin seçim prosesi başa çatıb

Azərbaycanda növbəti güzəştli mənzillərin seçim prosesi başa çatıb

İnfrastruktur İnfrastruktur
Saleh Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Saleh Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

İnfrastruktur İnfrastruktur
Nüsrət Süleymanov: “Ağalının təcrübəsi digər kəndlərdə də tətbiq ediləcək”

Nüsrət Süleymanov: “Ağalının təcrübəsi digər kəndlərdə də tətbiq ediləcək”

İnfrastruktur İnfrastruktur
Prezident: "Mən çox şadam ki, Azərbaycan sahibkarları böyük həvəslə, ürəklə bu işlərə qoşulurlar"

Prezident: "Mən çox şadam ki, Azərbaycan sahibkarları böyük həvəslə, ürəklə bu işlərə qoşulurlar"

İnfrastruktur İnfrastruktur
“Professor Əziz Əliyev” tankeri əsaslı təmir edilib

“Professor Əziz Əliyev” tankeri əsaslı təmir edilib

İnfrastruktur İnfrastruktur
Bakı-Ağstafa dəmir yolu xətti üzrə əlavə reys təyin edilib

Bakı-Ağstafa dəmir yolu xətti üzrə əlavə reys təyin edilib

İnfrastruktur İnfrastruktur
Nazir: “Tacikistan nəqliyyat sahəsində əməkdaşlığa açıqdır”

Nazir: “Tacikistan nəqliyyat sahəsində əməkdaşlığa açıqdır”

İnfrastruktur İnfrastruktur
BNA: "43 müntəzəm marşrut xətti üzrə gecikmələr var"

BNA: "43 müntəzəm marşrut xətti üzrə gecikmələr var"