Bakı metrosunda 7 vaqonlu qatarlar xəttə buraxılıb

Bakı metrosunda 7 vaqonlu qatarlar xəttə buraxılıb

"Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttində - “Xocəsən-8 Noyabr” sahəsinin hər iki yolunda 7 vaqonlu qatarlar istismara buraxılıb.

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, metronun inşa olunanb xətlərində sərnişin platformaları 7 vaqonlu qatarların hərəkətinə hesablanıb. 2016-cı ildə istismara verilən Bənövşəyi xətdə cəmi iki stansiya olduğundan 5 vaqonlu qatarların hərəkəti münasib bilinib. Hazırda 3 stansiyası istismarda olan xəttin yaxın gələcəkdə elektrik deposu və daha bir stansiyasının istifadəyə veriləcək. Bu səbəbdən texniki tələblərə uyğun qaydada 7 vaqonlu hərəkət parametrlərinə keçilib. Həmçinin Bənövşəyi xətdə 7 vaqondan ibarət qatarların hərəkəti üçün yeni tipli müasir idarəetmə sistemləri qurulur. Bununla əlaqədar avqustun 31-dən xəttin istismara hazırlanan sahəsində qatarların hərəkətinin işarəvermə sistemlərinə uzlaşdırılmasına başlanılıb. Qısa müddətdə işlər müvəffəqiyyətlə tamamlanıb. Sentyabrın 15-də iİşçi komissiyanın yoxlamaları nəticəsində 7 vaqonlu qatar tərkiblərinin normativ-texniki sənədlərin tələblərinə uyğun istismarını təmin edən tədbirlər planı təsdiq olunub. Bununla bağlı Depolar üzrə iş departamenti formalaşdırılan 7 vaqonlu qatarlarda texniki tənzimləmələr aparıb. Qatarların hərəkət təhlükəsizliyi üzrə baş müfəttişlik, Hərəkət qatarlarının istismarı üzrə iş departamenti, Mərkəzləşdirilmiş dispetçer və Hərəkət xidmətlərinin iştirakı ilə baxış-yoxlama və sınaq xarakterli tədbirlər görülüb. Xətdə sınaq yürüşlərindən sonra, oktyabr ayının 12-dən 5 vaqonlu qatarlara daha 2 vaqonun əlavə olunması ilə 7 vaqonlu hərəkət tərkiblərinin formalaşdırılmasına və onların Bənövşəyi xətdə sərnişindaşıma prosesinə cəlb edilməsinə icazə verilib.

Buna uyğun olaraq, Mərkəzləşdirilmiş dispetçer xidməti 7 vaqonlu qatarların qış mövsümünə uyğun hərəkət qrafikini hazırlamağa başlayıb. Həmin qatarların xətdə sınaqları saat 22:00-dan başlayaraq, Xocəsən qəsəbəsində inşa edilmiş yerüstü stansiyadan dövr etməklə təmin olunub. Aparılmış uğurlu sınaqlara əsasən 7 vaqonlu qatarlar mərhələli şəkildə sərnişindaşıma prosesinə cəlb edilib. Hazırda xəttin bütün qatarları 7 vaqonlu olmaqla sərnişindaşıma prosesindədir.

İnfrastruktur İnfrastruktur
Naxçıvana ucuz uçuşlar təşkil ediləcək

Naxçıvana ucuz uçuşlar təşkil ediləcək

İnfrastruktur İnfrastruktur
“Qarabağ” - “Qalatasaray” matçı ilə bağlı Bakı metropoliteni iş rejimində dəyişikliklər edəcək

“Qarabağ” - “Qalatasaray” matçı ilə bağlı Bakı metropoliteni iş rejimində dəyişikliklər edəcək

İnfrastruktur İnfrastruktur
Salyanda 16 min əhalinin istifadə etdiyi yollar yenidən qurulur

Salyanda 16 min əhalinin istifadə etdiyi yollar yenidən qurulur

İnfrastruktur İnfrastruktur
Bakının bir sıra yollarında tıxac müşahidə edilir

Bakının bir sıra yollarında tıxac müşahidə edilir

İnfrastruktur İnfrastruktur
Taleh Ziyadov: "Bakı Limanının inkişaf modeli müəyyənləşəcək"

Taleh Ziyadov: "Bakı Limanının inkişaf modeli müəyyənləşəcək"

İnfrastruktur İnfrastruktur
Tokayev: “TITR layihəsinin inkişafı Avrasiya bazarları üçün yeni imkanlar açacaq”

Tokayev: “TITR layihəsinin inkişafı Avrasiya bazarları üçün yeni imkanlar açacaq”

İnfrastruktur İnfrastruktur
Bakının Pirallahı rayonunda bu il uzunluğu 4,6 km olan üç küçə təmir olunub

Bakının Pirallahı rayonunda bu il uzunluğu 4,6 km olan üç küçə təmir olunub

İnfrastruktur İnfrastruktur
Maliyyə Nazirliyi: "Utilizasiya proqramı Azərbaycanda yeni nəqliyyat parkının yaranmasına müsbət təsir edəcək"

Maliyyə Nazirliyi: "Utilizasiya proqramı Azərbaycanda yeni nəqliyyat parkının yaranmasına müsbət təsir edəcək"

İnfrastruktur İnfrastruktur
Bakı-Naxçıvan marşrutu üzrə aviareyslər yenidən təxirə salınıb

Bakı-Naxçıvan marşrutu üzrə aviareyslər yenidən təxirə salınıb

İnfrastruktur İnfrastruktur
"Azərsu" sədrinin müavini Ağsuda vətəndaşları qəbul edəcək

"Azərsu" sədrinin müavini Ağsuda vətəndaşları qəbul edəcək

İnfrastruktur İnfrastruktur
Rəhman Hümmətov: "Hazırda nəqliyyatda olan problemlərin həlli üzrə xüsusi araşdırmalar aparılır"

Rəhman Hümmətov: "Hazırda nəqliyyatda olan problemlərin həlli üzrə xüsusi araşdırmalar aparılır"

İnfrastruktur İnfrastruktur
Tərtər rayonunun Talış kəndində tikinti işlərinin ilk mərhələsi yekunlaşır

Tərtər rayonunun Talış kəndində tikinti işlərinin ilk mərhələsi yekunlaşır