Monqolustanda partlayışda 5 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Monqolustanda partlayışda 5 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Ulan-Batorda qaz daşıyan maşının partlaması böyük yanğın və insan tələfatı ilə nəticələnib.

Birxeber.Az xəbər verir ki, Monqolustanın paytaxtı Ulan-Batorda 60 ton qaz daşıyan yük maşını şəhərin küçələrindən birində alovlanıb və partlayıb. Hadisə şahidləri partlayış anını lentə alıblar. Partlayış dalğası qaz çənini yük maşınından 30-40 metr məsafəyə aparıb.
Partlayışdan sonra yanğın yerli bazara, yaşayış binalarına və avtomobillərə yayılıb. Hadisə nəticəsində azı 5 nəfər həlak olub. Onların arasında üç xilasedici və iki yerli sakin də var. Daha on nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Yanğın nəticəsində 20-yə yaxın avtomobil yanıb.

Yanğınsöndürənlər yanğını lokallaşdırıblar. Təhlükəsizliyə görə ərazidə yaşayan sakinlər təxliyə edilib.

***

00.48

Monqolustanın paytaxtı Ulan-Batorda güclü partlayış baş verib.

Birxeber.Az-nın yerli KİV-ə istinadla məlumatına görə, 60 tonluq qazdaşıyan sisternin partlaması nəticəsində Dünjinqarav bazarı və bir neçə avtomobil yanıb. Zərbə dalğası 10 kilometr radiusda hiss edilib.

Yerli nəşrlər 24 nəfərin öldüyünü yazır.