Almaniya Ukraynaya əlavə silah və hərbi texnikalar verib

Almaniya Ukraynaya əlavə silah və hərbi texnikalar verib

Almaniya bir həftə ərzində Ukraynaya 18 zirehli personal daşıyıcısı, artilleriya mərmisi, zirehli texnika, eləcə də onlarla kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı (PUA) çatdırıb.

“Report” xəbər verir ki, bu, Almaniya hökumətinin dərc etdiyi yenilənmiş silah siyahısında yer alıb.

Söhbət 18 zirehli transportyor, 4 minə yaxın 155 mm çaplı artilleriya mərmisi, 3 ədəd “Wisent 1” zirehli minatəmizləmə maşını, bir ədəd “Dachs” mühəndis tankı, 9 mina trolu, 58 ədəd kəşfiyyat PUA-sı, 4 ədəd patrul maşını, 500 LED işığı və s. telekommunikasiya avadanlığından gedir.

Eyni zamanda rəsmi Berlin Kiyevə iki ədəd “Skynex” hava hücumundan müdafiə sistemi, “IRIS-T” sistemi üçün raketlər, 18 ədəd “RCH 155” təkərli haubitsa, 18 ədəd “Panzerhaubitze 2000” özüyeriyən silah, 120 min ədəd 122 mm-dən çox artilleriya mərmisi, 9 ədəd “IDACHS” mühəndislik tankı və 40 ədəd kəşfiyyat PUA-sı təhvil verməyi planlaşdırır.