ABŞ dövlət katibi çinli həmkarı ilə Tayvan və Yaxın Şərqi müzakirə edib

ABŞ dövlət katibi çinli həmkarı ilə Tayvan və Yaxın Şərqi müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken və Çinin xarici işlər naziri Vanq Yi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ölkələr arasında dialoqun əhəmiyyətini, Tayvan məsələsini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Qeyd olunub ki, ABŞ dövlət katibi Tayvan boğazı boyunca, Cənubi Çin dənizində sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıb.

Diplomatla həmçinin bir sıra strateji məsələlərdə ABŞ və Çin arasında açıq kommunikasiya xətlərinin” saxlanmasının vacibliyini qeyd ediblər.

“Tərəflər Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Dövlət katibi Yaxın Şərqə son səfərindən və ABŞ-ın regiondakı diplomatik səylərindən danışıb”, - bəyanatda qeyd olunub.

Bundan əlavə, Blinken və Vanq Yi Koreya yarımadasındakı vəziyyətdən danışıblar.

Qeyd edək ki, fevralın 16-dan 18-dək Almaniyada 60-cı Münhen Təhlükəsizlik Konfransı keçirilir. Tədbir iştirakçıları digər məsələlərlə yanaşı, Yaxın Şərqdəki vəziyyəti müzakirə edirlər.