Klassik Xalq Cəbhəsi Partiyasının sədri Prezident İlham Əliyevi seçkilərdə qələbəsi münasibətilə təbrik edib

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Prezident İlham Əliyevi seçkilərdə qələbəsi münasibətilə təbrik edib

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qələbəsi münasibəti ilə təbrik edib.

Birxeber.Az xəbər verir ki, bu barədə siyasətçi Feysbuk hesabında paylaşım edib.

M. Mirəlioğlu Şuşa işğaldan azad olunanda, Xankəndidə Azərbaycan bayrağı ucaldanda da Azərbaycan Prezidentini təbrik etdiyini vurğulayıb.

O, fevralın 7-də azad edilmiş ərazilərdə seçkilər keçirilməklə arzuların gerçəkləşdiyini qeyd edib.

"İlham Əliyev prezident seçildi. İlham Əliyevi təbrik edirəm! Millətimizə, Dövlətimizə, Türk Dünyasına xeyirli - uğurlu olsun”.