İsrail Qəzza zolağından fələstinliləri deportasiya etməyi planlaşdırmır

İsrail Qəzza zolağından fələstinliləri deportasiya etməyi planlaşdırmır

İsrailin Qəzza zolağından fələstinliləri deportasiya etmək kimi bir planı yoxdur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats Münhen Təhlükəsizlik Konfransında bildirib.

“Bizim fələstinliləri Qəzza zolağından deportasiya etmək niyyətimiz yoxdur”, - o deyib.

İ.Kats əlavə edib ki, beynəlxalq ictimaiyyət İran və “Hizbullah”a Livanın cənubundan çəkilmələri və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirmələri üçün təzyiq göstərməlidir.