Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal qazanıb

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal qazanıb

Azərbaycan güləşçisi Elis Manolova (65 kq) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

“Report”un məlumatına görə, 28 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə rəqibini üstələyib.

Avropa çempionu həlledici görüşdə Almaniya təmsilçisi Anne Nurnbergeri məğlubiyyətə uğradıb. Ondan fərqli olaraq, Birgül Soltanova (62 kq) bürünc mükafat uğrunda dueldən məğlub ayrılıb.

Beləliklə, qadın güləşçilərimiz Avropa çempionatını 3 medalla başa vurublar. Daha əvvəl Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar.

Qeyd edək ki, yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub.