Həndbol üzrə Azərbaycan çempionatı: lider ən yaxın izləyicisi ilə qarşılaşacaq

Həndbol üzrə Azərbaycan çempionatı: lider ən yaxın izləyicisi ilə qarşılaşacaq

Həndbol üzrə Azərbaycan çempionatlarında XI turun təqvimi müəyyənləşib.

“Report”un məlumatına görə, qadınların liqasında hər iki oyun fevralın 17-də keçiriləcək.

Lider “Qarabağ” çempionatın ortababı sayılan “İdman Akademiyası”nı sınağa çəkəcək. 15 xalla 2-3-cü yerləri bölüşdürən “Azəryol”la “Kür” münasibətlərinə aydınlıq gətirəcəklər.

Kişilərin liqasında isə mərkəzi oyunda lider “Kür” ən yaxın izləyicisi olan “Azəryol”u qəbul edəcək.

XI tur

Qadınlar
17 fevral

10:00. “Qarabağ” – “İdman Akademiyası”
14:00. “Azəryol” – “Kür”
Xal durumu: “Qarabağ” – 18 xal, “Kür”, “Azəryol” – 15, “İdman Akademiyası” – 8, “Bakı” – 4, “Gənclər Birliyi” – 0.

Kişilər
17 fevral

12:00. “Bakı” – “Qarabağ”
18 fevral
14:00. “Kür” – “Azəryol”
19 fevral
19:00. “Təhsil” – “Dinamo”
Xal durumu: “Kür” – 17 xal, “Azəryol”, “Bakı” – 12, “Qarabağ” – 11, “Dinamo”, “İdman Akademiyası” – 3, “Təhsil” – 2.