Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Prezidenti İsxak Hersoq Münxendə görüşüblər - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Prezidenti İsxak Hersoq Münxendə görüşüblər - YENİLƏNİB

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun görüşü olub.

APA xəbər verir ki, İsrail Prezidenti İsxak Hersoq dövlətimizin başçısına prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbrikə görə təşəkkürünü bildirdi və bununla bağlı İsxak Hersoqdan rəsmi məktub formasında da təbrik aldığını məmnunluqla qeyd etdi.

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu, iqtisadi-ticari, mədəni, humanitar əlaqələrə toxunuldu. Həmçinin Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrimizin inkişafına təkan verdiyi bildirildi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

***

20.44

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun görüşü olub.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.