Ağ Ev: “ABŞ ölkəni təcrid etmək siyasətini dəstəkləmir”

Ağ Ev: “ABŞ ölkəni təcrid etmək siyasətini dəstəkləmir”

ABŞ Prezidenti Co Baydenin administrasiyası ABŞ-ı qlobal proseslərdən təcrid etmək, həmçinin müttəfiqləri qarşısında öhdəliklərdən imtina etmək barədə ölkədaxili çağırışları dəstəkləmir.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Kamala Harris Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

“Əminəm ki, qlobal lider kimi çoxillik rolumuzu yerinə yetirmək Amerika xalqının əsas maraqlarına uyğundur və Bayden administrasiyası bunu son üç ildə artıq nümayiş etdirib”, - o deyib.

K.Harrisin sözlərinə görə, məhz bu yanaşma ABŞ-ni güclü edir və amerikalıların təhlükəsizliyini təmin edir.

“Amma ABŞ-də bununla razılaşmayanlar da var. Onlar zənn edirlər ki, özünü dünyadan təcrid etmək, ölkələr arasında razılaşmalara məhəl qoymamaq, diktatorları dəstəkləmək, repressiv taktikalardan istifadə etmək və müttəfiqlər qarşısındakı öhdəliklərimizdən imtina etmək Amerika xalqının maraqlarına uyğundur. Belə dünyagörüşü təhlükəlidir, sabitliyi pozur və qətiyyən uzaqgörən deyil”, - o söyləyib.

ABŞ vitse-prezidentinin sözlərinə görə, Baydenin siyasi rəqiblərinin belə mövqeyi ölkənin zəifləməsinə gətirib çıxaracaq, ona görə də prezident bunu rədd edir.