Amos Hoxşteyn: Azərbaycan regionda strateji əhəmiyyətə malik ölkədir

Amos Hoxşteyn: Azərbaycan regionda strateji əhəmiyyətə malik ölkədir

Azərbaycan regionda strateji əhəmiyyətə malik ölkədir.

"Birxeber.Az"un xəbərinə görə, bu sözləri Münxendə ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.

ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru hələ 1990-cı illərdən Azərbaycan ilə ABŞ arasında əməkdaşlığı və Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasını ehtiva edən layihələrdə Prezident İlham Əliyev ilə birgə tərəfdaşlığı məmnunluqla xatırladı, Azərbaycanın regionda strateji əhəmiyyətə malik ölkə olduğunu diqqətə çatdırdı.