Avropa çempionatı: Azərbaycanın 1 güləşçisi finala yüksəlib, 2-nin bürünc medal şansı davam edib

Avropa çempionatı: Azərbaycanın 1 güləşçisi finala yüksəlib, 2-nin bürünc medal şansı davam edib

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün sərbəst güləşçilər mübarizəyə başlayıblar.

“Birxeber.Az”un məlumatına görə, ilk gündə Azərbaycan millisinin 5 güləşçisi yarışa qoşulub.

Onlardan biri - Maqomedxan Maqomedov (97 kq) finala vəsiqə qazanıb. Ardıcıl olaraq üç rəqibinə qalib gələn 26 yaşlı güləşçi həlledici görüşdə iştirak hüququna yiyələnib. O, fevralın 17-də finalda ikinci dəfə Avropa çempionu olmağa çalışacaq.

İslam Bazarqanov (57) və Əli Rəhimzadə (65 kq) bürünc medal uğrunda görüşə vəsiqə əldə ediblər. Onlar fəxri kürsünün üçüncü pilləsinə yüksəlmək imkanını davam etdiriblər.

Qadın güləşçilər Birgül Soltanova (62 kq) və Elis Manolova (65 kq) isə bu gün bürünc medal uğrunda yarışacaqlar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan millisi Avropa çempionatında ümumilikdə 8 medal qazanıb. Yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub. Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar.