Qış Azərbaycan birinciliyinə start verilib

Qış Azərbaycan birinciliyinə start verilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında qış Azərbaycan birinciliyinə start verilib.

“Report” xəbər verir ki, Respublika Olimpiya Mərkəzində keçirilən yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Mingəçevir, Quba, Xaçmaz, Xızı, İsmayıllı, Beyləqan, Bərdə, Naftalan, Gədəbəy, Balakən və Astaradan 180 atlet mübarizə aparır.

Azərbaycan birinciliyi bu yay Slovakiyada keçiriləcək U-18 Avropa çempionatı, Sloveniyada təşkil olunacaq U-18 Balkan çempionatı və gələn il ölkəmizin ev sahibliyi edəcəyi MDB Oyunlarına seçim xarakteri daşıyır.

İki gün davam edəcək yarışda müxtəlif məsafələrə qaçış, sədlərlə qaçış, estafet, hündürlüyə tullanma, uzunluğa tullanma, üç təkanla tullanma və nüvə itələmə üzrə qaliblər müəyyənləşəcək.