Elmar Baxşıyev: "Çempionatdakı ən zəif oyunumuzu oynadıq"

Elmar Baxşıyev: "Çempionatdakı ən zəif oyunumuzu oynadıq"

"Çempionatdakı ən zəif oyunumuzu oynadıq".

"Birxeber"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Səbail"ə 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXII tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis görüşün ağır keçəcəyini əvvəlcədən proqnozlaşdırdıqlarını söyləyib: "Zədəsini yenicə sağaltmış futbolçularımız var ki, bu gün onları riskə atdıq. Şükürlər olsun ki, oyunu sağ-salamat başa vurdular".

O,optimal heyəti qura bilmədiklərini söyləyib: "Cəzalı və zədəli futbolçularımız var. Bura kimi gəlmişik. Bundan sonra şansımızı əldən vermək fikrimiz yoxdur. Əlbəttə, çətindir. Qarşıda ən azı 2 kubok və 6 çempionat oyunu var. İnanıram ki, komandam əlindən gələnin ən yaxşısını edib sonadək mübarizə aparacaq".

Baxşıyev bildirib ki, müqavilə yeniləməyin bugünkü oyuna heç bir təsiri yoxdur: "Bu, rəhbərliyin təklifi və qərarıdır. Çempionatda zəif rəqib yoxdur. Hər bir komanda digərindən xal ala bilər. Heyət baxımından sıxıntımız olduğu üçün oyun ağır alındı. Komandanın uğursuzluq zolağına düşməsi fikri ilə razılaşmıram. Futbolçularıma inanıram. Onlar bu durumdan çıxacaq xarakterə və gücə sahibdirlər".

Baş məşqçi həm hücumda, həm də müdafiədə yaxşı oynamadıqlarını etiraf edib: "Futbolçuları fərdi qaydada vurğulamazdım. "Səbail" həmin komandadır ki, öz meydanında "Qarabağ"a da qalib gəlib. Başımızı aşağı salmaq fikrində deyilik. Apreldə bizi ağır qrafik gözləyir. Heyət geniş olmalıdır ki, həm çempionatda, həm də çempionatda oynayasan. Amma kədərlənmək vaxtı deyil".

Futbol Futbol
DÇ-2022-nin hazırlıq işlərində 30-a yaxın azərbaycanlı çalışır

DÇ-2022-nin hazırlıq işlərində 30-a yaxın azərbaycanlı çalışır

Futbol Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ"la matçda kimlərin oynayacağını demək istəmirəm"

"Frayburq"un baş məşqçisi: "Qarabağ"la matçda kimlərin oynayacağını demək istəmirəm"

Futbol Futbol
Canni İnfantino yenidən FIFA prezidenti seçiləcək

Canni İnfantino yenidən FIFA prezidenti seçiləcək

Futbol Futbol
Millinin futzalçısı: "Əsas mərhələni qrup lideri kimi tamamlamalıyıq"

Millinin futzalçısı: "Əsas mərhələni qrup lideri kimi tamamlamalıyıq"

Futbol Futbol
Rusiyalı qapıçının "Qarabağ"a keçə bilməməsinin səbəbi açıqlanıb

Rusiyalı qapıçının "Qarabağ"a keçə bilməməsinin səbəbi açıqlanıb

Futbol Futbol
Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Futbol Futbol
"Liverpul" "Mançester Yunayted"ə 7 cavabsız qolla qalib gəlib

"Liverpul" "Mançester Yunayted"ə 7 cavabsız qolla qalib gəlib

Futbol Futbol
Rusiyada oynamış azərbaycanlı futbolçulardan ibarət rəmzi komanda açıqlanıb

Rusiyada oynamış azərbaycanlı futbolçulardan ibarət rəmzi komanda açıqlanıb

Futbol Futbol
Polşa millisinin yeni baş məşqçisi müəyyənləşib

Polşa millisinin yeni baş məşqçisi müəyyənləşib

Futbol Futbol
Polşa - Azərbaycan oyununun məkanı açıqlanıb

Polşa - Azərbaycan oyununun məkanı açıqlanıb

Futbol Futbol
DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

Futbol Futbol
Avropada gənc futbolçulardan ibarət simvolik “11-lik” açıqlanıb

Avropada gənc futbolçulardan ibarət simvolik “11-lik” açıqlanıb