Vitse-kansler: Almaniyanın NATO-dakı rolu gücləndirilməlidir

Vitse-kansler: Almaniyanın NATO-dakı rolu gücləndirilməlidir

Almaniyanın NATO-dakı rolu gücləndirməlidir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek bildirib.

Onun sözlərinə görə, Almaniya ordusu operativ döyüş qabiliyyətinə zəmanət verən vəziyyətə gətirilməlidir.

R.Habek qeyd edib ki, beynəlxalq müqavilələrə hörmət edilməlidir. O, Ukraynanın daimi dəstəyə ehtiyacının olduğunu vurğulayıb.