Əli Əsədov qırğızıstanlı həmkarı ilə əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edib

Əli Əsədov qırğızıstanlı həmkarı ilə əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarola telefonla danışıb.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, o, Əli Əsədovu Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Telefon danışığı zamanı Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Tərəflər, həmçinin Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.