Yəmən sahillərində gəmiyə hücum edilib

Yəmən sahillərində gəmiyə hücum edilib

Yəmənin Əl-Muxa liman şəhərindən 72 dəniz mili şimal-qərbdə, Qırmızı dənizdə gəmi hücuma məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

Amma itkilər və gəmiyə dəymiş zərər barədə məlumat verilməyib.

“Hadisə ilə bağlı araşdırma aparılır. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur”, - məlumatda vurğulanıb.