Rusiya XİN ABŞ-nin Navalnının ölümü ilə bağlı reaksiyasını tənqid edib

Rusiya XİN ABŞ-nin Navalnının ölümü ilə bağlı reaksiyasını tənqid edib

Rəsmi Moskva ABŞ-ni Aleksey Navalnının ölümü ilə bağlı geniş ittihamlar səsləndirmək əvəzinə, təmkin nümayiş etdirməyə və məhkəmə-tibbi ekspertizanın nəticələrini gözləməyə çağırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

"Niyə ABŞ üçün Rusiya vətəndaşının ölümü Ukrayna həbsxanasında işgəncə ilə öldürülən amerikalı Qonzalo Liranın ölümündən daha vacibdir?", - deyə Rusiya XİN Vaşinqtona sualla müraciət də edib.