SOCAR istiqrazlarının 4-cü kupon ödənişi edilib

SOCAR istiqrazlarının 4-cü kupon ödənişi edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının 4-cü kupon ödənişi edilib.

Bu barədə “Report”a “SOCAR Capital” şirkətindən məlumat verilib.

Bildirilib ki, 100 milyon ABŞ dolları həcmində emissiya edilən, 400 milyon ABŞ dollarına yaxın tələb görən 2-ci SOCAR istiqrazlarının sayca 4-cü kupon ödənişi 1 noyabr tarixində baş tutub və növbəti dəfə sahiblərinə 1 milyon 125 min ABŞ dolları məbləğində gəlir qazandırıb.

Məlumata əsasən, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 % olan və kupon gəlirləri üç aylıq qrafiklərlə ödənilən 2-ci SOCAR istiqrazlarının 1,125 milyon ABŞ dolları məbləğində rüblük faiz ödənişi artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.

Tədavülə buraxıldığı son bir il ərzində təkrar bazar əməliyyatları həcminin 24 milyon ABŞ dollarını ötməsi, bağlanmış əqd sayının 300-ə çatması, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruması və alqı–satqı əməliyyatlarının daim nominal qiymətin üzərində olması SOCAR İstiqrazlarına yüksək tələbatın göstəricisidir.

SOCAR İstiqrazlarının sahibləri REPO əməliyyatı vasitəsilə uyğun şərtlərlə qısamüddətli kredit götürə, eyni zamanda istiqrazlarını müvafiq bankda girov qoymaqla, 14–15 %-lə manat kreditləri cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 4,5 %-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktiki faiz dərəcəsi 9–10 %-dək enmiş olur.

15 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının növbəti faiz ödənişi 2023-cü ilin 1 fevral tarixində baş tutacaq, 5 illik müdddətin sonunda investorlara ümumilikdə 22,5 milyon ABŞ dolları məbləğində ödəniş həyata keçirilmiş olacaq.

Maliyyə Maliyyə
Azərbaycanda sosial və işsizlikdən sığorta daxilolmaları artıb

Azərbaycanda sosial və işsizlikdən sığorta daxilolmaları artıb

Maliyyə Maliyyə
Müdafiə Nazirliyi icbari şəxsi sığorta haqqının ödənişini təmin edəcək

Müdafiə Nazirliyi icbari şəxsi sığorta haqqının ödənişini təmin edəcək

Maliyyə Maliyyə
Hüseyn Hüseynov: "Dayanıqlı inkişaf məqsədlərinin icrasına təsir edən neqativ amillər var"

Hüseyn Hüseynov: "Dayanıqlı inkişaf məqsədlərinin icrasına təsir edən neqativ amillər var"

Maliyyə Maliyyə
Azərbaycanda istehlakçılara ƏDV-nin 65,2 milyon manatı geri qaytarılıb

Azərbaycanda istehlakçılara ƏDV-nin 65,2 milyon manatı geri qaytarılıb

Maliyyə Maliyyə
ITFC Azərbaycanda dövlət qurumları ilə əməkdaşlığın araşdırılmasına hazırdır

ITFC Azərbaycanda dövlət qurumları ilə əməkdaşlığın araşdırılmasına hazırdır

Maliyyə Maliyyə
FED rəhbərinin açıqlamaları qızılın cüzi bahalaşmasına səbəb olub

FED rəhbərinin açıqlamaları qızılın cüzi bahalaşmasına səbəb olub

Maliyyə Maliyyə
IMF dünya üzrə ÜDM artımı proqnozunu 3,6%-ə endirib

IMF dünya üzrə ÜDM artımı proqnozunu 3,6%-ə endirib

Maliyyə Maliyyə
İSB-nin informasiya sistemi “ASAN Login”ə inteqrasiya edilib

İSB-nin informasiya sistemi “ASAN Login”ə inteqrasiya edilib

Maliyyə Maliyyə
Ötən il 60 özəlləşdirilmə hərracı keçirilib

Ötən il 60 özəlləşdirilmə hərracı keçirilib

Maliyyə Maliyyə
Ekspert: “2022-ci il iqtisadi inkişafın Azərbaycan modelinin dayanıqlılığını bir daha təsdiq etdi”

Ekspert: “2022-ci il iqtisadi inkişafın Azərbaycan modelinin dayanıqlılığını bir daha təsdiq etdi”

Maliyyə Maliyyə
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.05.2023)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.05.2023)

Maliyyə Maliyyə
Vüqar Gülməmmədov: "Xalis maliyyə aktivlərinin ÜDM-ə nisbəti 50%-dən çoxdur"

Vüqar Gülməmmədov: "Xalis maliyyə aktivlərinin ÜDM-ə nisbəti 50%-dən çoxdur"