İlham Əliyev Münxendə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

İlham Əliyev Münxendə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

Münxendə fevralın 16-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun görüşü olub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub.

Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.