Omanla ikiqat vergitutmanın aradan qaldırılması üzrə danışıqlar aparılıb

Omanla ikiqat vergitutmanın aradan qaldırılması üzrə danışıqlar aparılıb

Oman Sultanlığının Məsqət şəhərində “Azərbaycan Respublikası Hökuməti və Oman Sultanlığı Hökuməti arasında gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi üzrə danışıqlar keçirilib.

Birxeber.Az-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, danışıqlar prosesində Azərbaycan Respublikasının İqtisadiydat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri, Maliyyə Nazirliyinin nümayəndəsi və Oman Sultanlığının Vergi İdarəsinin səlahiyyətli şəxsləri iştirak ediblər.

Müzakirələr zamanı Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin şöbən rəisi Elkin Məmmədov Sazişin hər iki ölkənin sərmayəçilərinə əlverişli şərait yaradacağını, məlumat mübadiləsinin və vergi borclarının yığılmasında effektiv alətlərin formalaşması, eləcə də qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.

Üç gün davam edən müzakirələrin nəticəsi olaraq Saziş layihəsinin vergitutma ilə bağlı əksər müddəaları üzrə razılıq əldə olunub. Açıq qalan digər maddələrin növbəti danışıqlar zamanı razılaşdırılması istiqamətində işlərin aparılacağı vurğulanıb.