Axtarışa verilmiş Türkiyə vətəndaşı Qazaxıstana təhvil verilib

Axtarışa verilmiş Türkiyə vətəndaşı Qazaxıstana təhvil verilib

Qazaxıstanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Baş Prokurorluqdan Birxeber.Az-ya verilən məlumata görə, qaçaqmalçılıqda təqsirləndirilərək 2021-ci ildə beynəlxalq axtarışa verilmiş, Türkiyə Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Fatih Akdağın verilməsinə dair Qazaxıstan Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Fatih Akdağ 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilib və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanlarına təhvil verilib.